
Türkiyə baş nazirinin müavini Bülənt Arınc 2015-ci il seçkiləri ilə bağlı şok açıqlamalar verib.
Qaynar.info xəbər verir ki, Habertürk kanalına verdiyi açıqlamasında AKP-nin 2015-ci il seçkilərinə qatılmayacağını bildirib.
Arınc bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla partiyanın 70-dən çox üzvü seçkilərə qatılmayacaq: "2015-ci il seçkilərində biz olmayacağıq. Bələdiyyə və millət vəkili seçkilərində belə düşünürəm. Bunun çox doğru addım olduğuna inanıram. Hörmətli baş nazirimizin üç müddət qaydasının kaş ki hər partiya üçün keçərli olmasının vacibliyini düşünürəm".
Qaynar.info