Xəbər lenti

Erdoğan “halal”ı “haram”a qatdı
Dünya19:56 07.03.2014

Erdoğan “halal”ı “haram”a qatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əskişəhərdə təbliğat mitinqində danışan baş nazir Rəcəb Tayyib Ərdoğanın çaşması Türkiyə gündəminin ən çox müzakirə edilən xəbəri olub. 

Baş nazirin “halal” və “haram” sözlərini qarışdırması ortaya ilginc mənzərə çıxarıb. Bir neçə gün öncə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Qılıçdaroğlu baş nazirin nəinki övladlarının, hətta anasının da korrupsiyaya bulaşdığını demişdi. Mitinqdə bu iddialara cavab vermək istəyən Ərdoğan bildirib: “Mən övladlarıma halal tikə yedirtmədiyim halda sən onlara haramdan danışacaq birisi deyilsən”.
Ərdoğanın seçim mitinqindən öncə də Əskişəhərdə etiraz mitinqi keçirilib. Yerli əhali küçələrə “Şəhərimizə oğru girməsin” şüarları ilə çıxaraq AKP-nin ünvanına 17 dekabr "Böyük Rüşvət" əməliyyatına görə ittihamlar səsləndirib. Yada salaq ki, Əskişəhər əhalisinin yarıdan çoxu tatar kökənlidirlər. Əhali baş naziri Krım tatar xalqının çağırışlarına cavab verməməkdə də qınayıb. Polisin müdaxiləsi ilə aksiya yatırılıb. Aksiya zamanı məcsidə sığınan bir nəfərin həbs edilərək qandallanması da etirazlara səbəb olub.
musavat.com