Xəbər lenti

Ərdoğan səs verdi
Dünya13:34 30.03.2014

Ərdoğan səs verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə seçki prosesi davam edir. 

AK partiyanın lideri, Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan bu gün Bakı vaxtı ilə 16:25-də öz səsvermə hüququndan istifadə edib.

Musavat.com-un verdiyi xəbərə görə, İstanbulun Üsküdar rayonunda Saffet Çələbi adına orta məktəbdə səs verən Rəcəb Təyyub Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan öz namizədlərinə səs veriblər. 

Səsvermədən sonra medianın suallarını cavablandıran Ərdoğan bildirib ki, "Bu ana kimi meydanlarda arzuolunmayan sözlər eşidən millətimiz, bu gün öz iradəsini ortaya qoyacaq. Seçim millətindir. Millətimə sevgi və sayğımı bildirirəm". 

Qaynar.info