
Türkiyə prezidenti üçün hazırlanan ofisin fotoları ilk dəfə yayımlanıb.
Avropa.info-nun məlumatına görə, "Ağ Saray" adı ilə anılan iqamətgahın açılışı 29 oktyabr Cumhuriyyət bayramı günü olacaq.
Bina 300 min kv.m ərazini əhatə edir. Bu ərazi 50 futbol sahəsi boydadır.
Kompleksə inzibati bina, prezidentin görüş keçirəcəyi bina, qonaqların qarşılanacağı bina, qış bağçası, botanika bağı, nəhəng Konqres mərkəzi daxildir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iş otağının divarında böyük Atatürk portreti yer alır. Bu otaq dinləmələrə qarşı son texnologiyalardan istifadə edilərək "Kar Otaq" kimi hazırlanıb.
Dinləmələrin qarşısını almaq məqsədi ilə otağa elektrik cihazlarının qoşulması üçün ştebsel qoyulmayıb. Burada hətta dinləmə cihazı yerləşdirmək üçün heç bir yer tapmaq mümkün deyil.
Kompleksdə Ağ Evdəki kimi oval bir otaq da düzəldilib.
Qaynar.info