Xəbər lenti

Ərdoğana qarşı sui-qəsd cəhdi: 47 nəfər həbs olunub, 3-ü axtarılır
Dünya17:37 28.11.2016

Ərdoğana qarşı sui-qəsd cəhdi: 47 nəfər həbs olunub, 3-ü axtarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi çevrilişə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi ilə bağlı 47 şübhəli haqqında hazırlanan iddianamə Muğla 2-ci Kriminal Məhkəməsi tərəfindən qəbul edilib.
Sui-qəsd cəhdində adı çəkilən 50 nəfərdən 3-ü hazırda axtarışdadır. Həbsxanada olan şübhəlilərdən M.Ö.-nün sui-qəsd cəhdində iştirak edən başqa birinə yazdığı qeyd ortaya çıxıb. M.Ö. qeyddə 15 iyulun son deyil, bir başlanğıc olduğuna inam ifadə olunub. “15 iyul son deyil, başlanğıcdır. Matç doxsan dəqiqədir, hələ bitməyib”, - qeyddə bildirilir.
Məlumata görə, qeyd həbsxananın bir kamerasından başqa bir kameraya göndərilərkən ələ keçirilib.(Publika.az)
Qaynarinfo.Az