"İndi Yunanıstan boş dayanmır, çıxıb söz atır. Bu üstünə guruldadığın ölkə hansıdır? Türkiyəyə bu cür söz atılarmı? Sən kiminlə zarafat edirsən? Özünüzü bir az yığışdırın. Həddini bil, həddini bilməsən Türkiyənin edəcəyi şey bəllidir".
Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, Yunanıstan hökumətini son günlərdə verdiyi sərt açıqlamalarına görə qınayıb və gözdağı verib:
"Bir tərəfdən qalxıb Cənubi Kiprdəki iki məscidimizi yandırmağa, molotof kokteyli atmağa cəhd edirlər, bir tərəfdən gəlib yunan bayrağını, digər tərəfdən gəlib bir əski parçasını ora asırlar. Siz bunları etdiyiniz zaman bunlar qarşılıqsız qalarmı? Lazımi xəbərdarlıqlar edilir. Siz bu xəbərdarlıqlara belə qulaq asmırsız. Bu dəfə də qalxıb, "Qətiyyən Aya Sofiya ilə bağlı oranı məscidə çevirməyin" deyirlər. Türkiyəni sizmi idarə edirsiz, yoxsa biz? Qaldı ki, Türkiyənin müvafiq qurumları var. Belə bir addım atılacaqsa, bunun səlahiyyətli şəxsləri var. Parlamenti var, Şurası var, dolayı ilə bunlar qərarını verər, daha sonra da icra orqanları lazımi addımları atarlar. Bunun üçün sizdən icazə almayacağıq. Əslində hazırda icra qurumuna belə gərək yoxdur".
Camal