Xəbər lenti

​Ərdoğanın bir sıra dövlət başçıları ilə telefonla danışdı
Dünya05:00 28.07.2016

​Ərdoğanın bir sıra dövlət başçıları ilə telefonla danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fetullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də hərbi yolla dövlət çevrilişi cəhdinə qarşı Türkiyəyə dəstəklərini ifadə etmək istəyən bir sıra liderlərlə telefon danışıqları olub.

Agentliyin xəbərinə görə, Türkiyənin dövlət başçısı Bosniya və Hersoqovinanın rəhbəri Bakir İzzetbekoviç, Bəhreyn kralı Hamed bin İsa bin Xəlifə, habelə BMT-nin nin baş katibi Pan Gi Munla telefonla danışıb.

Danışıqlar zamanı dövlət başçıları çevriliş cəhdinə qarşı çıxdıqlarını, Türkiyədə seçilmiş hökuməti dəstəklədiklərini və bu məsələdə türk xalqıyla tam həmrəy olduqlarını bildiriblər.

Ərdoğana zəng etmiş liderlər dövlət çevrilişinə cəhd göstərmiş qiyamçıların açdıqları atəş nəticəsində həyatını isitrənlərə görə kədərləndiklərini də qeyd ediblər.  (report)

Qaynarinfo.Az