
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu üçün həbs təhlükəsi yaranıb.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Kamal Kılıçdaroğlunun kəşfiyyatının fəaliyyəti ilə bağlı görüntülərin yayılmasında iştirakı göstərilir.
Belə ki, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin verdiyini bildirib.
Hələlik, medianın yazdığı bu məlumatlara rəsmi münasibət bildirilməyib.
Qaynarinfo.Az