Xəbər lenti

Ərdoğanın Obamadan "Güləni ver" tələbi
Dünya06:00 05.09.2014

Ərdoğanın Obamadan "Güləni ver" tələbi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün ABŞ prezidenti Obama ilə görüşməli olan Türkiyə prezidenti Ərdoğan, masadakı mövzulardan birinin də “dinləmə” qalmaqalı olacağını bildirib.

Türkiyə mətbuatının məlumatına görə, prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan NATO zirvəsinə qatılacağı Uels paytaxtı Kardifə gedərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Kardifdə Barak Obama ilə baş tutacaq ikitərəfli görüşdə ABŞ prezidentindən Fətullah Güləni ya Türkiyəyə ekstradisiya, ya da deportasiya etmələrini istəyəcəyini bildirib.

Ərdoğan, Obamayla baş tutacaq görüşdə İraq və Suriyadakı vəziyyəti, İsrail - Fələstin atəşkəsini, "Türkiyənin dinlənməsi"ni və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklərini bildirib.

Ərdoğan dinlənmə qalmaqalı ilə əlaqədar danışaraq, "Yetərli məlumat və fakt olmadan nə edəcəksiniz deyənlər var. Hər şey, o cümlədən dinləmə faktı ortada. Bunlardan daha böyük sənəd olarmı? “-deyə bildirib.

Bundan əlavə Ərdoğan “İndi onlar hər şeyi inkar etmə mərhələsindədir. Hal-hazırda dəlilləri yox etmə nöqtəsinə gəliblər. Sanki bir casusluq təşkilatı meydana gətiriblər və bu işlərin mərkəzi də Pensilvaniyadır”-deyib.

“Madam ki, biz ABŞ ilə strateji əməkdaşıq, aramızda bir əməkdaşlıq modeli var; siz necə lazım olanda bəzi terroristləri istəyirsiniz, biz də sizə veririksə, indi biz də eyni şeyi istəyirik. Sizə deyirik ki, ya bunu deportasiya edin, ya da bizə verin. Özü də günahı olmadığını söyləyir. Günahı yoxdur gəlsin burada yaşasın. İdarə edəcəksə, buradan idarə etsin, siyasətə qoşulacaqsa, burada qoşulsun"- deyə Türkiyə prezidenti bildirib.

Qaynar.info