Türkiyədə iyun ayının 24-də keçiriləcək prezidenti seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülüb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiyanın qərarı qrup iclasında baş nazir Binəli Yıldırım tərəfindən elan edilib və o, millət vəkillərinə təşəkkür edib. Qərar 316 imza ilə qəbul edilib.
Qeyd edək ki, 24 iyunda ölkədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.
Gülşən