Xəbər lenti

Ərdoğanın xalqı küçələrə çağırdığı telefona inanılmaz təklif - 1 milyon
Dünya10:50 18.07.2016

Ərdoğanın xalqı küçələrə çağırdığı telefona inanılmaz təklif - 1 milyon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 15-də Türkiyədə baş tutan uğursuz hərbi çevriliş cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğan telefonla xalqa müraciət etmişdi. Belə ki, TRT-ni tutan qiyamçılar canlı efirdə çevrilişin bəyanatını elan etmişdi.

Bundan sonra jurnalist Hande Fıratın əlindəki telefonla "CNN Türk"ün canlı efirinə bağlanan Ərdoğan xalq küçələrə çağırmışdı. Məhz bu çağrışa qoşulub küçələrə çıxan insanlar tankların qarşısını kəsərək çevrilişin baş tutmasına imkan verməmişdi.

"Qaynarinfo.Az" xəbər verir ki, artıq həmin məşhur telefonu almağa namizəd var. Belə ki, Səudiyyə Ərəbistanından olan bir iş adamı "azadlıq telefonu" adlandırdığı telefona 1 milyon rial təklif edir. Bu isə hazırkı məzənnə ilə 416 min manat edir.

Qaynarinfo.Az