Xəbər lenti

Ərdoğan Azərbaycana da təşəkkür etdi, ABŞ-a da...
Siyasət10:29 15.11.2022

Ərdoğan Azərbaycana da təşəkkür etdi, ABŞ-a da...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun İstiqlan küçəsində törədilən terror aktına görə rəsmi Ankaraya dəstək olan ölkələrə təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, siyahıda Azərbaycan da var. Dövlət başçısı bununla bağlı "Twitter"də paylaşım edib.
Ölkələrin bayraqlarını paylaşan Ərdoğan "İstiqlal küçəsində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, yazıb.
Maraqlıdı ki, Ərdoğan ABŞ-a da təşəkkür edib. Dünən isə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ səfirliyinin başsağlığı mesajını qəbul etmədiklərini bildirmişdi.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Teraktı törədən PKK üzvü qadın saxlanılıb.
Aydın