Xəbər lenti

Ərdoğan İsveç və Finlandiyaya xəbərdarlıq etdi
Dünya07:25 01.07.2022

Ərdoğan İsveç və Finlandiyaya xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sövdələşməni imzaladıqdan cəmi iki gün sonra Türkiyə prezidenti Ərdoğan xəbərdarlıq edib ki, əgər bu iki ölkə onun gözləntilərini tam yerinə yetirə bilməsə, Ankara prosesi əngəlləyə bilər.
Bu barədə Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir.
Ərdoğan İsveç və Finlandiya ilə 10 maddəlik razılaşmanın Ankaranın qələbəsi olduğunu bildirib və onun Türkiyənin bütün həssaslıqlarını nəzərə aldığını deyib.
Türkiyə prezidenti əlavə edib ki, İsveç və Finlandiya vədlərindən dönsələr, Türkiyə parlamenti çərşənbə axşamı əldə edilmiş razılaşmanı ratifikasiya etməkdən imtina edə bilər.
"Biz bunu parlamentimizdən keçirməsək, o iş olmayacaq. Birincisi, İsveç və Finlandiya öz vəzifələrini yerinə yetirməlidirlər və onlar artıq mətndə var ... Amma bunları yerinə yetirməsələr, əlbəttə ki, biz sənədi heç bir halda parlamentimizə göndərməyəcəyik", - Ərdoğan deyib.
Türkiyə prezidenti iddia edib ki, İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcəyini və ABŞ və AB tərəfindən terror qrupları siyahısına salınan Kürdüstan Fəhlə Partiyasının (PKK) və əlaqəli qrupların maliyyələşdirilməsi və onlarla iş birliyi fəaliyyətlərinə qarşı sərt tədbirlər görəcəyini vəd edib.
İsveç baş naziri isə İsveç vətəndaşlarını heç vaxt ekstradisiya etmədiklərini deyib. 
"Bilirəm ki, insanları ovlamağa və ekstradisiya etməyə başlayacağımızdan narahat olan bəzi şəxslər var. Fikrimcə, bunu demək vacibdir ki, biz həmişə İsveç qanunlarına və beynəlxalq konvensiyalarına əməl edirik və heç vaxt İsveç vətəndaşlarını ekstradisiya etmirik”, - baş nazir Maqdalena Andersson deyib.
Nurlan Hüseynov