Xəbər lenti

Ərdoğan: "Ölkəmizin məqsədi dünyada sabitlik və güc mərkəzi olmaqdır"
Dünya06:33 07.04.2023

Ərdoğan: "Ölkəmizin məqsədi dünyada sabitlik və güc mərkəzi olmaqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn seçkilər, zəlzələlərdən sonra tikinti və yenidənqurma işləri, dünya gündəmindəki mövzular və Türkiyənin bu mövzulara töhfəsi ilə bağlı "Criteria” jurnalına müsahibə verib.
Qaynarinfo bu barədə Anadolu-ya istinadla xəbər verir.
Siyasi iradənin, siyasi sabitliyin və ölkənin inkişafında liderliyin rolu ilə bağlı suala cavabında Ərdoğan bildirib ki, Türkiyə onun hakimiyyəti altında ən əhatəli demokratik islahatlarla sakit inqilablar həyata keçirib, milli və yerli layihələrin inkişafı və investisiya sahəsində inqilabi addımlar atıb.
Türkiyədə səhiyyə, təhsil, ədliyyə, təhlükəsizlik, nəqliyyat, turizm, enerji və kənd təsərrüfatına sərmayə qoyuluşu sahələrində yeni bir dövr açdıqlarını qeyd edən Ərdoğan deyib: "Ölkə iqtisadiyyatına tarixində ən böyük sərmayə qoymaqla dövlətimizin potensialını yüksəltmişik. Biz müdafiə sənayesində zehniyyətdə inqilab etdik. Bu, demək olar ki, bütün sahələrdə inqilablar dövrüdür.
"Yeni nailiyyətlərlə ölkəmizin dünyanın sabitlik və güc mərkəzi olmaq məqsədini qətiyyətlə həyata keçirəcəyik”, - deyə prezident Ərdoğan bildirib.
O əlavə edib ki, "Türkiyə dünyanın 10 ən böyük iqtisadiyyatından birinə çevrilmək məqsədinə doğru addım-addım irəliləyir. İnvestisiya, xidmət, inkişaf və islahat siyasətlərimizi yavaşlamadan davam etdirəcəyik”.
Ərdoğan vurğulayıb ki, o, Türkiyənin Ukraynada hərbi əməliyyatların dayandırılması və regionda uzunmüddətli sülhün bərqərar olmasının tərəfdarıdır.
"Biz inanırıq ki, diplomatik səylər müharibə və sülh də daxil olmaqla müxtəlif mürəkkəblikdəki problemləri həll edə bilər. Bu, ölkəmizin mühüm rol oynadığı Qara Dəniz Taxıl Təşəbbüsünün əldə olunması ilə sübuta yetirilib”, - Ərdoğan vurğulayıb.
Türkiyə dövlətinin rəhbəri ölkənin müdafiə sənayesində əldə etdiyi uğur və nailiyyətləri xüsusi vurğulayıb.
"Son illərdə müdafiə sənayesində ixrac göstəricilərimiz nəzərəçarpacaq dərəcədə artıb. Biz 4,3 milyard dollar həddini keçmişik. Qarşıdakı illərdə bu rəqəm xeyli artacaq və Türkiyə qlobal müdafiə bazarında çox mühüm oyunçuya çevriləcək. Əvvəlcə 10 milyard dollar, sonra isə 50 milyard dollarlıq ixrac səviyyəsinə çatacağıq. Biz ordumuzu strateji çəkindirmə səviyyəsinə çatdıracağıq. Türkiyə türk əsrində texnoloji gücə çevriləcək”, - deyə prezident Ərdoğan yekunda bildirib.
Alpər