Dünya 23:54 03.03.2023

Ərdoğan: "Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə qərarlıyıq"

"Biz Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə qərarlıyıq".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, ölkədə Fəlakətlərin İdarə Edilməsi Şurası yaradılacaq.

"Tariximizin insan itkisi və dağıntılar baxımından ən ağırı sayılan 6 fevral zəlzələlərini fəlakətlərdə yeni mərhələnin başlanğıcı edəcəyik. Bundan sonra daha tez və praktiki fəaliyyət göstərəcəyimizə şübhə yoxdur. Biz fəlakətləri yaxından izləyəcəyik və tədqiqatlarda birbaşa iştirak edəcəyik", - Ərdoğan qeyd edib.