Xəbər lenti

Ərdoğandan Azərbaycanla bağlı qərar
Siyasət10:46 10.02.2025

Ərdoğandan Azərbaycanla bağlı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Resmi Gazete” məlumat yayıb.
Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Qabon arasında "Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında Diplomatik Nümayəndəliklər üçün Torpaqların Mübadiləsi haqqında Protokol”u da təsdiqləyib.
Hər iki sənəd imzalandığı gündən qüvvəyə minib.