Xəbər lenti

Ərdoğanla Putin "taxıl sazişi" və əsirlərin mübadiləsibni müzakirə edəcək
Dünya10:42 03.09.2023

Ərdoğanla Putin "taxıl sazişi" və əsirlərin mübadiləsibni müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya səfər edəcək və Soçidə Vladimir Putinlə görüşəcək. Danışıqların mövzuları Qara Dəniz Taxıl Təşəbbüsünün davamı və əsirlərin mübadiləsi olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber” telekanalı məlumat yayıb.
"Prezident Ərdoğan sabah Rusiya prezidenti Putinlə görüşmək üçün Soçiyə gedəcək. Ərdoğan və Putin "taxıl sazişi"nin gələcəyini müzakirə edəcəklər”, deyə telekanal bildirib.
Həmçinin, prezidentlər ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Rusiya-Ukrayna müharibəsinin son hadisələrini ətraflı müzakirə edəcəyi gözlənilir: "Lakin gündəmin ən vacib məsələsi "taxıl sazişi" olacaq".
Həmçinin qeyd olunur ki, Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsinə baxılmasının gündəmdə olacağı gözlənilir.
Aydın