
Səudiyyə Ərəbistanı və İsrailin İrana hücum məsələsində birləşdikləri bildirilib.
Qaynar.info xəbər verir ki, Ər-Riyad Təl-Əvivə öz hava məkanını açmağa hazırdır.
Bu barədə iddianı İngiltərənin "The Times" qəzeti diplomatik mənbələrə istinadən ortaya atıb. Qəzetin iddiasına görə, İranla Qərb arasında nüvə razılaşması əldə olunacağı təqdirdə MOSSAD və Səudiyyə Ərəbistanı Tehrana hücum edəcək.
Qəzetə açıqlama verən diplomatlar Tehranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə Cenevrədə apardığı daqnışıqlar hər iki ölkəni narahat edib. Mənbə, "Riyad son hadisələrdən ötrü hirslidir. İsrailin keçirəcəyi hər hansı əməliyyata dəstək verəcəklər" deyib.
Digər bir mənbə isə bildirib ki, Cenevrə sazişi imzalansa hərbi əməliyyat planı yenidən ortaya gələcək.
Xəbərdə həmçinin, Riyad hakimiyyətinin İsrail hərbi təyyarələrinə hava məkanını açmağa hazır olduğu da bildirilib.
Qaynar.info