Telman Qasımov,
Hərbi-siyasi ekspert
Bu gün Ermənistan öz təhlükəsizlik sisteminin siyasi darlığını və kobud səhvlərini ört-basdır etmək üçün Azərbaycanın azad olunmuş kəndlərində qanunsuz erməni silahlılarının yerləşdirilməsinə haqq qazandırmağa və ya qanuniləşdirməyə çalışır.
Rəsmi İrəvan ardıcıl yersiz rəsmi bəyanatlarla öz cinayətlərinin təfərrüatlarını xarici aləmdən gizlətmək istəyir.
Əslində isə bu yolla gerçək problemlər və faktlar həm daxili auditoriyadan, həm də diasporadan bilərəkdən gizlədilir.
Bununla yanaşı, Paşinyan hakimiyyəti bir tərəfdən Ermənistanda Azərbayacana qarşı nifrət və düşmənçilik abu-havası yaradır, digər tərəfdən isə Azərbaycanla sülhdən danışır.
Əslində isə bugünkü hakimiyyət və müxalif qüvvələr Ermənistanın ziyanına olan nəticələri daha dərindən dərk etsəydilər, vəziyyət başqa cür ola bilərdi. Problem ondadır ki, real təhlükəsizlik sahələrində islahatlar əvəzinə Paşinyan yeni alınan təyyarələrin fonunda şəkillər çəkdirir. Bu şəkilləri sosial şəbəkələrdə yerləşdirməklə isə daha təhlükəsiz ölkədə yaşadıqlarını, ölkəsinin təhlükəsizliyini gücləndirdiyini xəyal edir.
Bu təbliğat bir günün işi deyil və illərdir ki, davam edir. Əlbəttə, biz demirik ki, Paşinyan Ermənistan əhalisi arasında militarizmi təbliğ etsin. Amma erməni xalqının hər bir nümayəndəsi atılacaq yanlış siyasi-hərbi addımlar nəticəsində onları və ölkələrini hansı təhlükələrin gözlədiyini aydın dərk etməlidir.
Digər tərəfdən də biz də öz növbəmizdə istər Ermənistan əhalisinə, istərsə də Qarabağdakı erməni icmasına Azərbaycan ordusunun texniki və hərbi üstünlüklərini dönə-dönə xatırlatmalı, bu istiqmətdə informativ fəaliyyətimizi gücləndirməliyik. Məsələn, "Bayraktar TB2"-nin adını, xüsusiyyətlərini unutmasınlar deyə...
Ermənistanda isə hələ də vəziyyət ayıq qiymətləndirilmir, utopiyalara qapılır və yenə də hansısa "status"dan dəm vurular.
Ancaq vaxt Qarabağın erməni icmasının ziyanına işləyir. İqtisadi, siyasi və hərbi cəhətdən sürətlə inkişaf edən Azərbaycan öz güclü ordusu ilə mövcud şərtləri vaxtında dəyərləndirmək, adekvat addımlar atmaq hüququna malikdir.
Erməni icması artıq seçim etməlidir: Ya Azərbaycan qanunlarını qəbul edərək ölkə rəhbərliyinin humanizminə sığınmalı, ya da...