Ermənistanda Azərbaycan və türkiyə ilə danışıqları pozmaq istəyən qüvvələr son vaxtlar xeyli aktivləşiblər.
Qaynarinfo-nun verdiyi xəbərə görə, anti-Paşinyan kampaniyasına Erməni Kilsəsinin Rumıniya Yeparxiyasının Primatı yepiskop Tatev Hakopyan da qoşulub.
Həmin müraciətin bir hissəsini təqdim edirik:
"Əziz erməni xalqı! Bu gün bütün dünyada ermənilər erməni tarixinin ən çətin dövrlərindən birini yaşayır. Müqəddəs vətənimizin bir hissəsi Qarabağı itirmişik, Ermənistan Respublikasının sərhədləri sarsılıb, xalqımız depressiyaya məruz qalıb və aldanıb. Bir çox sosial, iqtisadi və sağlamlıq problemləri var, bizdə minlərlə yaralı, yüzlərlə hərbi əsir və itkin düşmüş, qaçqın düşmüşlərimiz də var. Biz mümkün qədər tez həll edilməli olan bir çox təhlükələrlə üz-üzəyik.
Bu bir fakt və reallıqdır ki, indiki iqtidar sadəcə olaraq ölkəni bu böhrandan çıxara bilmir, üstəlik, öz ağılsız və balanssız addımları ucbatından böhranı dərinləşdirir və ölkəni iflasa aparır. O da göz qabağındadır ki, biz möhkəmlənmək, qüdrətli Vətən qurmaq üçün yeni çağırışlar, sınaqlar dövrünə qədəm qoyuruq. Bizə güclü rəhbər, milli və dövlət maraqlarını qoruyan hökumət lazımdır. Bu məqamda birləşmək, təxribatlara boyun əyməmək, ayılmaq, yenidən ayağa qalxmaq, depressiya və ümidsizliyə qalib gəlmək və mübarizəni davam etdirmək lazımdır.
Ona görə də biz sizi, cənab Nikol Paşinyan, bir gün əvvəl istefa verməyə, öz xalqınıza qarşı zorakılığı dayandırmağa çağırırıq. İstefanızı tələb edən Rumıniya Erməni Yeparxiyası bütün ermənilərin patriarxına, Böyük Kilikiya Evinin katolikosuna, Ermənistan prezidentinə, onlarla partiya, QHT, ziyalılar, icma liderləri, Ermənistanın müxtəlif ictimai xadimləri, diaspor və nəhayət erməni xalqının böyük əksəriyyətini bizim çağrışa qoşulmağa dəvət edirik.
Erməni kilsəsinin və ya ruhanilərin Baş nazirin istefasını tələb etməklə siyasi müstəviyə girdiyini düşünənlərin hamısı yanılırlar. Artıq söhbət siyasətdən getmir, çünki erməni kilsəsi və ya ruhaniləri heç bir siyasi qüvvə və ya partiyanı dəstəkləmir, artıq söhbət Vətənin varlığından, sərhədlərimizin təhlükəsizliyindən, müqəddəsliklərimizin qorunmasından gedir...
Telman