Xəbər lenti

Erməni mafioz Ded Xasanın yerinə gətirilir
Dünya06:02 23.09.2013

Erməni mafioz Ded Xasanın yerinə gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pzo" ləqəbli məşhur erməni avtoriteti Armen Kazaryan ABŞ-da həbsdən çıxdıqdan sonra Rusiyaya gedəcək.

Qaynar.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə erməni yazıçısı Serqey Qaloyan məlumat verib.

Onun sözlərinə görə, kazaryan ABŞ Cinayət Məcəlləsinə görə, 17 maddə ilə ittiham olunurdu. Lakin erməni əsilli model Kim Kardaşyanın atasının dostu olan vəkil Mark Qeraqos onu həbsdən çıxara bilib.

Qaloyan eyni zamanda bildirib ki, kazaryan həbsdən çıxdıqdan sonra Ded Xasanın yerini tutmağa hazırlaşır. Hazırda isə onun yerini İspaniyada həbsdə olan Şakro ləqəbli Zaxari Kalaşov tutur və o da 1 aydan sonra azadlığa çıxacaq. Onun azadlığa çıxması ilə Ded Xasanın yerini tutmaq uğrunda gərgin mübarizə başlayacaq.

Qeyd edək ki, Armen Kazaryan ABŞ-da çirkli pulların yuyulması ilə məşğul olurdu. Nyu York məhkəməsi onu 37b ay azadlıqdan məhrum etmişdi.

Qaynar.info