Xəbər lenti

Erməni mətbuatı Oktay Əsədovun Moskva səfərindən yazdı
Dünya11:10 06.06.2014

Erməni mətbuatı Oktay Əsədovun Moskva səfərindən yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan mətbuatı Azərbaycan parlamentinin spikeri  Oqtay Əsədovun Moskva səfəri barədə yazı dərc edərək bu səfərin rəsmi  İrəvanada  narahatlıqla  qarşılandığını  bildirib. 

Avropa.info  xəbər verir ki,  erməni mətbuatının iddiasına görə,  Azərbaycan parlamenti spikerinin  Rusiyaya qəflətən səfər etməsi  Azərbaycan və Rusiya  arasındakı gizli  yaxınlaşmanın təzahürüdür. 

"Uzun müddətdir ki, Ermənistanın regionda əsas müttəfiqi olan Rusiya Azərbaycana münasibətdə mövqeyində dəyişikliklərə yol verməkdədir.  Azərbaycan rəhbərləri də son zamanlar Ermənistana yönəlik hədələr səsləndirərək Qarabağın və ətraf ərazilərin azad olunması üçün Ermənistana vaxt qoyduğu bildirilib.  Rusiya hazırda Qafqaz regionunda açıq-aydın oyun oynayır  və həmin oyunun qaydalarını da onların özləri müəyyən edirlər. İndi görünən odur ki, Rusiya Ukraynadakı baş verən hadisələrdən , Gömrük İttifaqı layihəsindən sonra bu yeni oyun qaydaları  müəyyən etməkdədir. Rusiyanın müəyyən etdiyi yeni oyun qaydaları isə hazırda Qarabağda mövcud status-kvonu dəyişə bilər".

Qaynar.info