Xəbər lenti

Erməni müxalifəti parlament sessiyasını boykot etdi: “Qarabağa gedirik”
Siyasət08:26 12.04.2022

Erməni müxalifəti parlament sessiyasını boykot etdi: “Qarabağa gedirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hayastan” və "Şərəf” fraksiyaları bu həftə Ermənistan parlamentinin növbəti dördgünlük plenar iclasını boykot edəcək.
Qaynarinfo "Sputnik Erməniatan”a istinadla xəbər verir ki, bunu "Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan iclas zalında bildirib.
"İndiki hakimiyyət Artsaxdan uzaqlaşır. İndi Ermənistanın ərazi bütövlüyünə təhlükə yarananda onlar heç bir addım atmır və danışıqlar prosesi Türkiyə-Azərbaycan ssenarisi üzrə gedir. Qondarma sülh müqaviləsi çərçivəsində xalqımız yeni güzəştlərə, məğlubiyyətlərə və təhqirlərə hazırlaşır. Biz bu həftə parlamentin iclaslarında iştirak etməyəcəyik, Artsaxa və Ermənistanın sərhəd kəndlərinə gedəcəyik”, - Ohanyan bildirib.
Onun sözlərinə görə, parlament çoxluğu indiki şəraitdə özünü qeyri-adekvat aparır, Milli Şuranı - ölkənin 1 nömrəli siyasi institutunu hakimiyyətin iradəsini tam yerinə yetirən apolitik quruma çevirir.
Müxalifət hesab edir ki, hazırda Qarabağdakı soydaşlarla birbaşa əlaqə vacibdir.
Ohanyan "Artsax”ın bayrağını tribunaya sancıb və əlavə edib ki, "Artsax”ı müdafiə edərək, Ermənistanı da qoruyurlar”.
Onun ardınca deputat Hayk Mamicanyan eyni qərarı "Şərəf” fraksiyasının adından elan edib və hər iki müxalifət fraksiyası Milli Şuranın iclas zalını tərk edib.
Alpər