Dünya 17:12 05.05.2022

Erməni səfir: "Məcburi hicab və içkiyə qadağa rusların İrana getməsinə mane olur”

İranda alkoqollu içkilərə qoyulan qadağa və hicabın vacib olması rus turistlərin İrana səfərə etməkdən çəkindirir.

Qaynarinfo "İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rusyanın Tehrandakı erməni əsilli səfiri Levan Caqaryan deyib.

O, əlavə edib ki, bu məsələni İran rəsmilərinə dönə-dönə vurğulayıb.

Səfir İranda turistlərin marağını çəkəcək çoxlu tarixi və mədəni yerlərin olduğunu vurğulayaraq bildirib ki, Rusiya turistlərinin İrana getməyinə hicabla içki qadağası mane olur.

L.Caqaryanın sözlərinə reaksiya olaraq, İran XİN müşaviri Rəsul Musəvi bilridib ki, xarici turistlər "əyyaşlıq" üçün deyil, İrandakı mədəni və tarixi yerləri görmək üçün gəlirlər.

M.Arif