Ermənistan sakinləri bağçaların aylıq ödənişinin artmasına etiraz edir.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, bununla bağlı bu gün Parakar icmasında etiraz aksiyası keçirilib.
"Bağçanın aylığı 7 min dram olub. Əvvəllər isə 5 min dram verirdik. Düzdü, əvvəl də 7 min dram idi, amma 2 min dramını kənd başçısı sponsorluq edərək ödəyirdi. İndi yeniləri gəlib, qiymətləri qaldırıb" deyə Parakar icmasında keçirilən etiraz aksiyasında etirazçılardan biri bildirib.
Qeyd edək ki, yerli kənd icmasının sədrliyinə seçkilərin nəticələri ilə razılaşmayan Parakar icmasının sakinləri etiraz aksiyası keçiriblər.
"Siz deyirdiniz ki, biz qiyməti endirməyə gəlmişik. Nikol Paşinyan, gəl gör nə baş verir? Deyirdilər ki, çox uşaq gətirin dünyaya. 3 uşaq atasıyam, nə maaş verirlər? 150 min dram alıram, təkcə 21 min bağçanın aylığıdır, o uşaq yemək istəyir, paltar istəyir. "Baş nazir Nikol” deyə qışqırmağımıza artıq peşman olmuşuq. Bu gün nə olsa, nə baş versə, keçmişi günahlandırırlar", deyə aksiya iştirakçısı bildirib.
Telman