
«Ermənilər xristian olanda ruslar ağacdan acağa tullanırdı».
Bu sözləri Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan martın 28-də keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ermənilər avropalıdır və xristian dəyərləri əsasında qurulan Avropaya can atmalıdır. «Ermənistan hakimiyyəti bunu nə qədər gizlətməyə çalışsa da, ölkə qarşısında iki seçim var – ya Rusiya, ya da Avropa. Biz Rusiyadan gələn geridə qalmış həyatdan bezmişik», - deyən iqtisadçı ölkəsinin gələcəyinin Avropa ilə bağlı olduğunu bildirib.
Qaynar.info