Ermənistanın baş naziri Tiqran Sərkisyan Dağlıq Qarabağ və Xankəndi (Xocalı) hava limanı ətrafındakı situasiya ilə bağlı sualları cavablandırıb. Azərbaycan və Ermənistan prezidentləri arasında görüş razılığının əldə edildiyini deyən baş nazir görüşün konkret nəticəsi ilə bağlı fikir söyləməkdə çətinlik çəkib.
Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, aeroportun mümkün istismarına münasibət bildirən Sərkisyan məsələnin daim gündəmdə olduğunu qeyd edib. “Lakin biz bu məsələni xüsusi gərginlik olmadan reallaşdırmağa çalışırıq. Bu mənada problemin hər cür siyasi möhtəkirlikdən təcrid edilməsi çox vacibdir”, - deyə o, sözünü yekunlaşdırıb.