Xəbər lenti

Ermənilər yeni terror təşkilatı yaratdı: Neo-ASALA
Dünya19:05 13.04.2014

Ermənilər yeni terror təşkilatı yaratdı: Neo-ASALA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaricdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının oxşarı yaradılıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy açıqlama verib. O bildirib ki, ABŞ-dakı erməni diasporası artıq təşkilatı yaratmaq üçün fəaliyyətə keçib.

Gülbəy qeyd edib ki, Suriyanın Kəsəb qəsəbəsində yaşayan erməniləri qorumaq üçün bu təşkilatın xüsusi təlim görmüş dəstələrindən istifadə olunur: "Ermənistan mətbuatı sözdə Dağlıq Qarabağ parlamentinin millət vəkili, Qarabağ müharibəsində komandir kimi iştirak edən Vahan Badasyanın Suriyanın Kəsəb qəsəbəsinə yüzlərlə erməni könüllüsünün göndərdiyini yazır. Amerikada fəaliyyət göstərən erməni diasporu ASALA-nın yerinə yaradılan Neo-ASALA-ya Suriyada erməniləri qorumaq adı ilə xüsusi təlim keçirlər.

Erməni Neo-ASALA-sı Suriyadakı düşərgələrdə silahdan istifadə qaydalarını, snayper, yollara mina yerləşdirmək və uzaqdan idarə olunan minaların istifadəsi qaydalarını öyrənirlər". 

Göksəl Gülbəy bir neçə il bundan öncə Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliklərinə ünvalanan ASALA imzalı təhdid məktublarının Neo-ASALA tərəfindən göndərildiyini iddia edib.

Qaynar.info