Xəbər lenti

Ermənilərin Xoy və Salmasda 1918-də törətdiyi qətliamdan 104 il ötür
Dünya13:35 24.06.2022

Ermənilərin Xoy və Salmasda 1918-də törətdiyi qətliamdan 104 il ötür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün, 1918-ci il iyunun 24-də bir neçə minlik erməni işğalçı ordusu müttəfiq qüvvələrin dəstəyi və onlardan silah-sursat alaraq Cənubi Azərbaycanın Xoy və Salmas şəhərlərinə hücum ediblər.
Onlar sözügedən şəhərlər və ətraf kəndlərdə dinc sakinlərə qarşı vəhşi cəsinə qətl-qarət törədiblər.
Ermənilərin bu hücumda məqsədi bu şəhərləri zəbt edib xəyali "Böyük Ermənistan”a birləşdirmək olub.
Təcavüzkarlar şəhərə daxil olarkən qətllər və qarətlər həyata keçirdilər. Bu arada bu iki şəhərin əhalisi oruc olaraq öz yerli ruhaniləri Mirzə Əbulqasım Əmin əş-Şəriə Xoinin mənəvi fitvası ilə orucların pozaraq erməni işğalçılarına qarşı qəhrəmancasına döyüşüb və sonra osmanlı Paşası Əli Ehsan paşanın yardımi ilə təcavuzkar ermənilərə ağır zərbələr vuraraq, onları ərazıdən qovublar.
Həmin hadisədən 104 il keçməsinə baxmayaraq, Xoy şəhərinin qapısının yeganə divarında erməni işğalçılarının top və güllələrinin izləri hələ də qalmaqdadır.
Qeyd edilir ki bu barədə doktor Alireza Müqədəm və Səccad Zeynali tərəfindən "Müqavimətin həmasəsi” adlı kitab yazılıb.
Qaynarinfo bu yazıda "History & Cultr of khoy" Facebook səfhəsinin materialından istifadə edib.
M.Arif