"BMT TŞ-nin iclası Ermənistanın növbəti fiaskosu ilə nəticələndi. Azərbaycan Ermənistan üzərində növbəti diplomatik qələbəsini qazandı”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov ermənilərin iddiası əsasında BMT TŞ-nin dünən baş tutan iclasında saxta "humanitar böhran” məsələsinin qaldırmasını şərh edərkən deyib:
"Ermənistan uzun müddətdir ki, xarici dövlətləri özünün çirkin siyasi manipulyasiyalarına alət etməyə çalışır. BMT Təhlükəsizlik Şurasını da növbəti dəfə Azərbaycan əleyhinə dezinformasiya obyektinə çevirmək istəyirdi. İrəvan BMT TŞ-nin 30 il ərzində işğal altında qalan Azərbaycan torpaqları ilə bağlı çıxardığı qətnamələri yerinə yetirmirdi. Buna baxmayaraq, Ermənistan dövlət səviyyəsində böyük bir riyakarlıq nümayiş etdirərək, öz saxta, heç bir əsası olmayan qətnamələrilə BMT TŞ-ni yalan mərkəzinə çevirmək niyyətində idi. Lakin Azərbaycanın diplomatik səyləri və uğurlu həmlələri nəticəsində İrəvanın Bakı əleyhinə olan qurduğu tələ öz əlində partladı. BMT TŞ-nin iclasında edilən çıxışların əksəriyyətində Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun keçərliyi məsələsi qaldırıldı. Nəticədə, ermənilərin uydurmaları növbəti dəfə uğursuzluğa və fiaskoya düçar oldu”.
Rüfət Sultan