Xəbər lenti

Ermənistan: Etirazçılar ağır texnika ilə Martuni-Qavar yolunu bağladı (VİDEO)
Dünya13:55 05.05.2022

Ermənistan: Etirazçılar ağır texnika ilə Martuni-Qavar yolunu bağladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Ermənistanda müxalifətin aksiyalarına qoşulan vətəndaşlar paytaxtın müxtəlif yerlərində və rayonlarda bir sıra küçələri bağlayıb. 
Qaynarinfo xəbər verir ki, müxalifətin itaətsizlik aksiyaları səhər saatlarından bəri davam edir.
"Müqavimət” hərəkatının təşkilatçıları Nikol Paşinyan istefa verənə qədər davam edəcəklərini açıqlayıb. Vətəndaşlar ağır texnika ilə Martuni-Qavar yolunu bağlayıblar.
Aksiya iştirakçıları "Nikol, satqın”, "Nikol, türk iti” deyə şüarlar səslndiriblər. Polis aksiya iştirakçılarının digər vətəndaşların sərbəst hərəkətinə mane olduğunu əsaslandıraraq yolun açılmasını tələb edib. Lakin etirazçılar polisin tələblərinə məhəl qoymayıb aksiyanı davam etdirməyi israrlı olduqlarını bildiriblər. Ermənistanın bir sıra rayonları, Sevan (Basarkeçər), Noraqavit və s. yolları bağlı olaraq qalır. Vəziyyət gərgindir.
Telman