Xəbər lenti

Ermənistan müharibəni ona görə uduzdu ki...
Hüseynbala Səlimov
Siyasət06:45 21.12.2020

Ermənistan müharibəni ona görə uduzdu ki...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
"Gözlənilirdi ki, noyabrın 9-da Azərbaycan Stepanakertə qəti hücuma keçəcək. Amma zərbə gəlmədi. Əksinə noyabrın 9-dan 10-a keçən gecə Rusiyanın vasitəçilyilə atəşin dayandırılması və barışıq haqda saziş əldə olundu”...
Bir rusiyalı müəllifin yazısından bu sitatı niyə gətirdik? Bəli, İkinci Qarabağ Savaşında Azərbaycanın qələbəsi həqiqətən də böyük və möhtəşəm oldu. Amma insanlarımız fəxr və qürur duymaqla yanaşı sullar da verir və bu suallardan biri də budur ki, Xankəndiyə hücumu dayandırmaqla biz düzmü hərəkət etdik?..
Məsələ bundadır ki, hətta sadə adamlarımız da bilirlər, nə qədər ki, Dağlıq Qarabağda ermənilər yaşayacaq daim separatizm üçün zəmin olacaq, ona görə ki, biz bunu əvvəlki illərdəki təcrübədən bilirik: sovetin vaxtında münaqişə düz yetmiş il donduruldu, amma imkan düşən kimi ermənilər fürsəti fövtə vermədilər...
Ölkəmizin liderləri artıq bu cür suallara dəfələrlə cavab veriblər və çalışıblar ki, Dağlıq Qarabağ hərbi-siyasi teatrı ətrafındakı geosiyasi vəziyyəti insanlarımıza başa salsınlar. 
Birincisi, hərbi əməliyyatları dayandırmaqla biz itikisiz, canlı tələfat olmadan üç böyük rayonumuzu azad edə bildik. İkincisi, biz BMT TŞ-nın, Madrid və Kazan prinsiplərinin ruhuna uyğyn hərəkət edirdik. Üçüncüsü, aydındır ki, biz hərbi siyasətimizi Moskva ilə razılaşdırırdıq, çünki Kreml neytrallığını saxlamasaydı, ən azı bu tezliklə bu qədər ərazi azad edə bilməzdik və bəlkə də böyük bir regional müharibəyə gəlib çıxardıq ki, bu bizimçün və bizim müttəfiqlərimiz üçün də arzuolunan bir hal deyidli. Xoşbəxtlikdən Kreml müdriklik göstərdi və tərəflərə öz münasibətlərini hərb müstəvisində aydınlaşdırmaq üçün şərait yaratdı... 
Amma bəzi rusiyalı müəlliflər hələ də Ermənistanın uduzmasının "səbəblər”ini araşdırırlar və onların rəyi budur ki, əsas səbəb ermənilərin hərbi–texniki geriliyi oldu.
Fəqət bizə elə gəlir ki, hər şey daha sadə idi. Ermənistan müharibəni ona görə uduzdu ki, özü onu heç vaxt udmamşıdı. Biz daim qeyd edirdik ki, Ermənistanın "güc”ü onun Rusiya ilə geosiyasi ittifaqındadır və həmin ittifaq azacıq "çat” verən kimi, biz çox asanlıqla Dağlıq Qarabağ hərbi teatrındakı status-kvonu dəyişdik...
Üstəgəl, əvvəllər də biz qələbəyə yaxın olmuşduq, amma onu hər dəfə bizdən alırdılar. Sonuncu dəfə bu dörd il bundan əvvəlki Aprel döyüşləri zamanı olmuşdu.
Erməni ordusunun müvəqqəti "uğur”larına gəldikdə isə, əlbəttə, bu son otuz il ərzində onlar münaqişə bölgəsində müəyyən dərəcədə hərbi-texniki qurğu və istehkamlar qura bilmişdilər və bu da onları qismən də olsa, ildırımsürətli məğlubiyyətdən qoruyurdu. 
Amma belə götürdükdə onlar bizim rayonları ona görə işğal edə bilmişdilər ki, müstəqilliyin ilk illərində bizim ordumuz və hətta nizamlı dövlətimiz yox idi, hakimiyyətlər ilin fəsilləri kimi tez-tez dəyişir, ölkədə siyasi ab-hava qazan kimi qaynayır, bütün diqqət Bakıya yönəlir və Qarabağ tamamilə yaddan çıxırdı.
Artıq biz bu problemi tamam həll etmişik. Bir daha qeyd edək ki, ermənilərin bir daha keçmişi təkrar edə bilməyəcəyinin təminatı budur: artıq Azərbaycanda stabil hakimiyyət, güclü ordu və əlbəttə, cəmiyyət içində güclü mənəvi ruh var. Bütün bunlar keçmiş səhvlərin bir daha təkrar olunması ehtimalını heçə endirir.
Növbəti ildə güman ki, siyasi və diplomatik müstəvidə vuruşmalı olacağıq. Amma etiraf edək ki, narahatlıq üçün elə bir əsas görmürük, çünki bu dəfə qələbəmiz möhkəm və dayanıqlı görünür. Rusiya prezidenti də dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbayacanın əzrazisidir. Aydın məsələdir ki, Ermənistanda da bu bəyanatları izləyir və hökumətlərindən soruşurlar: biz uşaqlarımızı niyə görə Azərbaycana göndərməliyik?..
Ümid edirik ki, onlar bu suallarına bu dəfə cavab tapacaq və anlayacaqlar ki, iki dəniz və üç göl arasındakı Erməninstan haqqındakı nağıllar onlara qürur gətirmir, əksinə faciə gətirir. Birincisi, ona görə ki, belə şey heç vaxt olmayıb. İkincisi, hətta olubsa da, o vaxtdan min illər keçib və normal adamın ağlına belə gəlmir ki, Qədim Yunanıstan və ya Qədim Roma təzədən qayıda bilər, ondan qala, yalançı Ermənistan ola!..