"Ermənistan müxalifət sentyabrda öz gündəmi ilə parlamentə gedəcək. Bu məsələ ilə bağlı mövqedə dəyişiklik yoxdur".
Qaynarinfo xəbər verir ki, bu barədə deputat İşxan Sağatelyan məlumat verib.
Onun sözlərinə görə, hökumət deputatlarının gündəliyi heç də erməni xalqının maraqlarına xidmət etmir, üstəlik parlamentdə müxalifətin bütün təşəbbüsləri boykot edilib.
"Ölkədə parlament və siyasi böhran var. Əgər hökümət müxalifəti qanunsuz və konstitusiyaya zidd yollarla mandatlarından məhrum etməyə çalışsa, ölkədə həm də konstitusiya böhranı yaranacaq. Müxalifətlə şantaj dili ilə danışa bilməyəcəklər. Çünki müxalifət deputatları onlar üçün tələbə deyil", deyə Saqatelyan bildirib.
O, parlament işinin boykot edilməsini haqlı sayır: "Hökumətin Qarabağla bağlı ritorikası hərəkat sayəsində dəyişdi. Lakin hələ də tam nailiyyət əldə olunmayıb. "Müqavimət” hərəkatı təşkilati işlər mərhələsindədir və sentyabrdan mübarizə yeni nəfəs və ruh alacaq”.
Telman