Xəbər lenti

Ermənistan müxalifətin avqustda hansı planları var?
Dünya13:20 01.08.2022

Ermənistan müxalifətin avqustda hansı planları var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistandakı müxalif "Müqavimət” hərəkatı avqust ayı ərzində mitinq keçirməyəcək. Bu ay onlar bölgələrə səfərlərini davam etdirəcək və vətəndaşlarla görüşlər keçirəcəklər. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Müqavimət” hərəkatının parlamentdəki fraksiyasının deputatı İşxan Sağatelyan məlumat verib. 
Müxalifət sentyabrın 2-də qondarma rejimin "müstəqillik günü” münasibətilə Fransa meydanında ümumrespublika mitinqi keçirəcək. Həmin gün Qarabağda da mitinqlər və tədbirlər keçiriləcək. 
Bununla yanaşı, İşxan Sağatelyan qeyd edib ki, onlar hadisələrin gedişatını izləyirlər və lazım gələrsə, fövqəladə iclaslar da keçirə bilərlər.
Telman