Xəbər lenti

Ermənistan müxalifətinin “payız hücumu” nəticə verəcəkmi? (ŞƏRH)
Siyasət08:39 03.09.2022

Ermənistan müxalifətinin “payız hücumu” nəticə verəcəkmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanən aparəcı müxalifət qurumu olan "Müqavimət hərəkatı” sentyabrın 2-də İrəvanın "Fransa meydanı”nda mitinq keçirib. Bu barədə "Müqavimət hərəkatı”nın koordinatoru, parlamentin "Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan məlumat verib. 
Göründüyü kimi, Ermənistan müxalifəti payız aksiyalarına start verib. Müxaliflərin mart-may aylarında təşkil etdiyi etiraz aksiyaları heç bir nəticə vermədi. İqtidar opponentləri nə Nikol Paşinyanın istefasına, nə də Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqların dayandırılmasına nail bildilər. Bu fonda bir müddət fasilə verəndən sonra əsasən "Qarabağ klanı”ndan ibarət Ermənistan müxalifəti növbəti aksiyalara başıayır. 
Erməni müxalifətinin payız aksiyasını Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynli düşünür ki, mitinqlərə start verən Ermənistan müxalifəti növbəti, daha ciddi uğursuzluğa düçar olacaq:
"Ermənistan müxalifətinin arxasında aparıcı dövlətlərdən biri - Rusiya dayanır. Onlar hər zaman müxalifətin Rusiyapərəst hissəsini yeni aksiyalara təhrik edir, həmin qüvvələrə ideoloji, bir sıra hallarda isə Rusiyadakı erməni işbazlarının xəttilə maliyyə köməyi edir. "Qarabağ klanı” bu mitinqlərlə payız hücumlarına başlayır. Hədəf hakimiyyət dəyişikliyinə nail olmaqdır. Amma Paşinyanın mövqeyi hələ də möhkəmdir. Qərbdə bir çox dairələr onu müdafiə edir. Erməni cəmiyyəti hazırda həssas məsələyə, Ermənistanla Azərbaycan arasında sülh yaratmaq prosesinə cəlb olunub. Qədim məsələdə deyildiyi kimi, "döngədə atları dəyişmirlər”. Müxalifət Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan separatçılara bağlı şüarları gündəmə gətirməklə Avropa İttifaqının dəstəyilə Azərbaycanla bağlanılması gözlənilən sülh müqaviləsinə mane olmaq niyyətindədir. Onlar çalışırlar ki, Paşinyan sülh müqaviləsinə imza atmasın. Paşinyan isə onlardan daha artıq milliyətçi olsa da, sadəcə vəziyyəti realist dəyərləndirməyi bacarır. Bu da erməni müxalifətinin "payız hücumu”nun baş tutmayacağını söyləməyə əsas verir. Radikal müxalifətin qanuni yolla, hər hansı bir seçkilə hakimiyyətə gələ bilməsi mümkün deyil. Ona görə də müxalifətin apardığı mübarizə qeyri-qanuni olmaqla yanaşı, uğursuzluğa məhkumdur”. 
Politoloqun fikrincə, hazırda Ermənistan cəmiyyətində çevriliş yolu ilə hakimiyyəti zəbt etmək imkanları çox aşağıdır:
"Ermənistan cəmiyyəti tükənmiş, taqətdən düşmüş vəziyyətdədir. Hər hansı bir radikal addım dövlətçiliyə ciddi xələl gətirəcək. Bu əsasda deyə bilərəm ki, hər hansı küçə təzyiqlərinin köməyilə Paşinyanın istefaya göndərilməsi həyata keçməyəcək. "Qarabağ klanı” Ermənistanda daha populyar deyil”. 
Rüfət Sultan