
Son bir ay ərzində Ermənistanın müxtəlif bölgələrində aparılan kompleks operativ araşdırma tədbirləri nəticəsində 80 ton 808 kilogram yabanı ya da xüsusi xidmətlə yetişdirilmiş çətənə kolu və 146,6 kiloqram laşıl xaş-xaş kütləsi aşkar olunaraq xüsusi xidmət orqanları tərəfindən yandırılaraq məhv edilib.
BDU-nun Erməni araşdırmaları ETL-in böyük elmi işçisi İsmayil Tanrıverdinin musavat.com-a verdiyi xəbərə görə, Ermənistan mediası qeyd edib ki, bu miqdarda narkotik maddə xammalının aşkarlanması Ermənistan kimi bir ölkə üçün görünməmiş haldır.
Bundan başqa, bildirilir ki, son bir ayda Ermənistan polisinə verilmiş operativ məlumatlar nəticəsində 95 cinayətin üstü açılıb ki, bunların da 72-si narkotik maddələrinin qanunsuz alqı-satqısı və dövriyyəsi ilə əlaqədar olub. Nəticədə qanunsuz dövriyyədən ələ keçirilmiş 12 kq 430 qram marixuana, 1247 qram dezmorfin, subuteks narkotik həbləri,101 psixator dərman həbi, 4 morfin 1.1 qram saf heroin və s.
Ölkə üzrə 275 yaşayış evlərinin həyətyanı sahələrindən qanunsuz yetişdirilmiş 2 ton 730 kq çətənə bitkisi, 26 kq xaş-xaş bitkisi və 600 qram xaş-xaş başlığı aşkarlanıb. Bunlara görə 126 cinayət işi açılıb və 6 nəfər inzibati cavabdehliyə cəlb olunub.
Qaynar.info