Xəbər lenti

Ermənistan ordusunun 4 zabiti cəzalandırıldı
Dünya11:52 17.11.2018

Ermənistan ordusunun 4 zabiti cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan ordusunda 4 hərbçinin ölümü ilə bağlı 4 zabit tutduğu vəzifədən edilib və ordu sıralarından azad olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan əmr imzalayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, daha iki bölmə komandiri və bir hərbi hissənin keçmiş komandirinə xəbərdarlıq edilib. "Bu cəzalar heç kimi cinayət məsuliyyətindən xilas etmir" deyə Artsurun Ovannisyan qeyd edib.
Qeyd edək ki, noyabrın 7-də avtomobil qəza nəticəsində Ermənistan ordusunun 4 hərbçisi ölüb.