44 günlük Vətən Müharibəsindən sonra itirilmiş potensialını bərpa etmək üçün çabalayan Ermənistan aktiv şəkildə İranla münasibətləri dah ada möhkəmlətməyə çalışırdı.
Azərbaycanla İran arasında münasibətlərin gərginləşəcəyinə ümid bəsləyən Ermənistan, qarşılığında İranın Ermənistanla daha da isti münasibətlər quracağına ümidli idi.
Amma bu ümidlər özünü doğrultmadı.
Amma Ermənistan kapitulyasiyadan sonrakı vəziyyətində qalmaqda davam edir. Bu ölkənin həm daxili, həm də xarici məsələlərinə aiddir. Halbuki Ermənistanın itirilmiş potensialının bərpası nöqteyi-nəzərindən regional rolunun aktivləşdirilməsi üçün İranla yanaşı Azərbaycanla da əməkdaşlığını dərinləşdirməsi və müştərək layihələrdə iştirakı daha faydalı ola bilərdi. Ən azı ötən ildən bu istiqamətdə fəal işləmək mümkün idi. Əvəzində ermənilər, Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsini və bunun hətta hərbi qarşıdurma səviyyəsinə qalxa biləcəyi ilə bağlı sərsəm xəyallar bəsləyirdilər.
Lakin göründüyü kimi ehtimallar özünü doğrultmadı. İki ölkə arasındakı səmərəli diplomatik danışıqlar və münasibətlər nəticəsində, regional lahiyələrin birgə həyyata keçirilməsi baş tutdu və Ermənistan yenidən bu şansını itirdi.
Belə ki, yalnız ikitərəfli səfərlərdən başqa Ermənistan-İran ikitərəfli münasibətləri istiqamətində heç bir böyük layihə həyata keçirilmədi. Əvəzində Bakı nəinki Tehranla münasibətlərdəki gərginliyi aradan qaldıra bildi, həm də birgə layihələrin həyata keçirilməsi mərhələsinə qədəm qoydu. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan və İran kommunikasiya əlaqələrinin yaradılması, Naxçıvan Muxtar Respublikası və Qərbi Zəngəzur iqtisadi rayonu ərazisindən və İran ərazisindən yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında memorandum imzaladılar. Sənəd Naxçıvanla yeni dəmir yolu-avtomobil əlaqələrinin yaradılmasını, o cümlədən kommunikasiya-elektrik təchizatı xətlərinin çəkilməsini nəzərdə tutur. Və bu məqsədə çatmaq üçün Araz çayı üzərində dörd körpü (iki avtomobil, iki dəmir yolu), həmçinin rabitə və enerji infrastrukturu tikiləcək.
Bunlar Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək böyük infrastruktur layihələri olacaq. Lakin bu fakt o demək deyil ki, Azərbaycan Naxçıvandan keçməklə Zəngəzura yol çəkmək fikrindən əl çəkəcək. Əksinə, Türkiyə-Azərbaycan Zəngəzur dəhlizi adlanan dəhliz məsələsini daim gündəmdə saxlayacaq.
İran tərəfi Qarabağın işğaldan azad edilən ərazilərin yenidən qurulmasında iştirak etməyə də hazır olduğunu açıqladı. Üstəlik, İran şirkətləri bu layihələrdə Ermənistandakı hər hansı layihədə iştirakdan daha üstün tutduqlarını bəyan etdilər.
İran enerji layihələri baxımından da regionda böyük rol oynaya bilər. Təsadüfi deyil ki, Azərbaycan İranın enerji tranzit imkanlarından istifadə etmək üçün xüsusi addımlar atır. Ötən ilin noyabrında Azərbaycan, İran və Türkmənistan arasında qaz tranziti və mübadiləsinə dair üçtərəfli saziş imzalanması bu istiqamətdə mühüm addım oldu. Qaz mübadiləsi artıq həyata keçirilir. Təbii ki, bununla da Azərbaycan Türkmənistan-İran qazını öz ərazisindən keçən enerji tranzit infrastrukturu (Trans-Anadolu qaz kəməri ilə TANAP və Trans-Adriatik qaz kəməri vasitəsilə TAP) vasitəsilə Avropaya nəql etmək kimi uzunmüddətli məqsədləri üçün böyük işlər görür. Ermənistanda isə indiki hakimiyyət yeni proqramlar irəli sürmək bir yana qalsın, enerji layihələrini belə həyata keçirə bilməyib.
Məsələn, 2015-ci ildə razılaşma əldə edilmiş Ermənistan-İran-Rusiya-Gürcüstan "Şimal-Cənub” enerji dəhlizinin tikintisi layihəsi hələ də icra olunmamış qalır. Ermənistandan İran və Gürcüstana elektrik verilişi xəttinin tikintisi isə hələ başa çatmayıb. Nəticədə Hrazdan AES-in beşinci bloku 100 milyon dollar borca düşüb və fəaliyyətini dayandırıb.
Bu bir daha onu göstərir ki, dərin yuxuda olan indiki Ermənistan hakimiyyəti də sələflərinin səhvlərindən düzgün nəticə çıxarmayıb. Onlar hələ də anlamırlar ki, Ermənistanın regional layihələrdən bəhrələnməsi v ölkələrinin inkişafı yalnız Azərbaycanla anlaşmadan asılıdır.
Telman Qasımov,
Hərbi-siasi ekspert.