Xəbər lenti

Dünya 15:10 29.09.2025

"Ermənistan Qarabağa görə, Rusiyanın girovuna çevrilmişdi, indi isə..." (ŞƏRH)

"Müharibə bitəndən sonra Ermənistan Avropa İttifaqı məsələsində daha çox sərbəstdir".
 
Bunu Qaynarinfo-ya  açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropaya sürətlə reverans etməsini şərh edərkən deyib.

"Avropa İttifaqına üzvlük İrəvanın strateji yoludur. 2000-ci ildə, yəni Koçaryanın dövründə Ermənistan öz ölkəsində rus dilində tədrisi qadağan edib. Hələ o dövrdən başlayaraq, İrəvan Rusiyadan sürətlə ayrılmaq yolunu tutmağa çalışırdı. 2015-ci ildə İrəvan hətta Avropa İttifaqı ilə saziş imzalamaq istədi. Lakin Moskvanın təzyiqilə bu ideyadan geri çəkildilər. Ermənistanda həmişə Avropa İttifaqına inteqrasiya əhval-ruhiyyəsi mövcud olub", deyə Mehman Əliyev bildirib.
 


Ekspert qeyd edib ki, müharibənin bitməsi Ermənistanın Avropaya inteqrasiyasının sürətlənməsinə təkan verib:

"Ermənistan Qarabağa görə, o zaman Rusiyanın girovuna çevrilmişdi. Çünki Qarabağın açarı rusların əlində idi. Amma müharibə bitəndən sonra Ermənistan Aİ məsələsində daha çox sərbəstdir. Ona görə də hesab edirəm ki, İrəvanın Aİ-yə inteqrasiyası sürətlə gedəcək. Aİ əslində Cənubi Qafqaz regionuna vahid region kimi baxır. Onlar çalışır ki, bölgənin hər bir ölkəsilə prosesi sürətləndirsinlər".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından bu ilin mart ayında qəbul edilən "Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq haqqında" qanunun ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bəyan edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->