Xəbər lenti

Ermənistan sabah Gömrük İttifaqına qoşulacaq
Dünya16:01 23.12.2013

Ermənistan sabah Gömrük İttifaqına qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Sabah Ermənistan və Qırğızıstanın Gömrük İttifaqına daxil olması müzakirə ediləcək”.

“Axar.az” məlumat verir ki, bu barədə informasiya Rusiya prezidentinin mətbuat katibliyində yayımlanıb.
 
Gömrük İttifaqı görüşünün Kremldə keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, görüşdə Rusiya Belarusiya, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentlərinin iştirak edəcəyi bildirilib. Məlumatda Ermənistan və Qırğızıstanın təşkilata üzvlüyü ilə yanaşı Gömrük İttifaqının da tərkibinin genişləndirilməsinin nəzərdə tutulduğu deyilib.

Qeyd edək ki, artıq Ermənistan prezidenti görüş üçün Kremldədir.

Qaynar.info