Xəbər lenti

Ermənistan vətəndaşlığı üçün müraciət edən rusiyalı və türkiyəlilərin sayı açıqlandı
Dünya06:22 14.12.2022

Ermənistan vətəndaşlığı üçün müraciət edən rusiyalı və türkiyəlilərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
RF Silahlı Qüvvələrinin Ukraynada müharibə başladığı vaxtdan indiyədək 17 498 Rusiya vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak” qəzeti polisin Pasport və Viza Departamentinin məlumatlarına istinadən yazıb.
Qəzetin sorğusuna cavab olaraq polis Ermənistan pasportu almaq üçün nə qədər müraciətin təmin edildiyini açıqlamayıb.
"Qanunlaşdırılan müraciətlərin sayı barədə konkret məlumat vermək qeyri-mümkündür, çünki onlardan bəziləri baxılır. Bundan başqa, əvvəllər verilmiş müraciətlər də qeyd olunan müddətdə təmin edilib".
Pasport və Viza Departamenti həmçinin bildirib ki, 2020-ci il yanvarın 1-dən 2022-ci il noyabrın 30-dək əksəriyyəti ermənilər olmaqla 155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət edib.
Nəşrin sorğusuna cavab olaraq idarədən bildirilib ki, Azərbaycan vətəndaşları Ermənistan vətəndaşlığı almaq üçün müraciət etməyiblər.
Ermənistan pasportu almaq istəyən Türkiyə vətəndaşlarının əksəriyyəti ermənilərdir. Bütövlükdə qeyd olunan dövrdə prezidentin fərmanı ilə 48 352 erməniyə Ermənistan vətəndaşlığı verilib.
Alpər