Xəbər lenti

Ermənistan yoxsulluq girdabında - Rəqəmlər nə deyir?
Dünya06:25 14.06.2022

Ermənistan yoxsulluq girdabında - Rəqəmlər nə deyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda inflyasiya 8-9 faizə çatıb. Rəsmi İrəvan bu nəticəni müsbət dönüş adlandırıb. Lakin Ermənistanda yoxsulluq həddi 30 faizi keçib bə bu,  ölkənin iqtisadi çöküşünün göstəricisidir. Özünü sığortalamaq istəyən Ermənistan höküməti bəyan edir ki, ABŞ-da da inflyasiya 8 faizdən çoxdur. Lakin ABŞ-da yoxsul əhalinin sayı Ermənistanla müqayisədə xeyli kiçikdir. Amerikada insanların gəlirləri inflyasiyadan daha sürətlə artır. 
Ermənistanda pensiya və müavinətləri sonuncu dəfə 2020-ci ildə artıb və cəmi 500 mindən çox pensiyaçı və 80 mindən çox müavinət ala bilib,  Növbəti ildə isə Ermənistanda inflyasiya 7,7 faiz təşkil edib. Bu ilin may ayında isə ötən ilki 7,7 faiz inflyasiyaya müqaisədə 9 faizə çatıb. Bu müddət ərzində 600 minə yaxın insanın gəliri dəyişməyib. 
Son məlumatlara görə, Ermənistanda əmək qabiliyyətli əhalinin 15-16 faizi və ya 180 minə yaxın insan işsizdir. Maraqlıdır ki, belə bir sosial mənzərə ilə onu Amerika ilə necə müqayisə etmək olar? Ən azından insanların gəlirləri buna uyğun artdıqda inflyasiya qorxulu deyil. Elə insanlar var ki, onların gəlirləri təbii ki, inflyasiyadan da çox artıb, lakin Ermənistanda həmin insanların sayı çox azdır. Onlar cəmiyyətin böyük bir faizini təşkil etmirlər. Cəmiyyətin əksəriyyətində isə gəlirlər inflyasiya səviyyəsinə çatmır və bu cür yüksək inflyasiya şəraitində çoxlarının qarşılaşdığı ən böyük problem budur. 
Məlumdur ki, Ermənistanda istehlak malları bahalaşıb. Məsələn, bir il ərzində Ermənistanda ərzaq inflyasiyası rəsmi olaraq 14,5 faizə çatıb. Bu, orta inflyasiyadan 5,5 faizə bəndi ilə çoxdur. İnflyasiya ilə bağlı mülahizələr yürütərkən ilk növbədə onun ərzaq bazarına təsirini nəzərə almaq lazımdır. 
Rəsmi məlumata görə, may ayında Ermənistanda tərəvəz inflyasiyası 51 faizi keçib. Tərəvəz bazarının mənzərəsini bir az da təhlil etsək görərik ki, kələm 134 faizə yaxın, xiyar 102 faiz kartof 101 faiz, göyərti 49 faizdən çox, pomidor badımcanın qiyməti isə təxminən 25 faiz artıb. 
Ötən ilin may ayında şəkərin qiyməti 43 faiz, yağların qiyməti isə 33 faizi keçib. Yalnız kokos bitki yağı 84 faiz bahalaşıb. Belə bahalaşmalardan sonra yeni bahalaşmaların istehlakçıların cibinə necə təsir edəcəyini təsəvvür etmək çətin deyil. İnflyasiya ilə bağlı bütün problem budur ki, hakimiyyət buna məhəl qoymur və hətta əhalinin gəlirləri və alıcılıq qabiliyyətini Ermənistandan qat-qat yüksək olan inkişaf etmiş ölkələrlə müqayisə aparmağa cəsarət edir. Məlumdur ki,inflyasiya dərc edilən yeganə göstərici deyil. Onun bir çox təbəqələri var ki, bunun altında qiymət artımının real təsiri gizlənir.  Ermənistan vətəndaşının sosial vəziyyətinə birbaşa və dolayı təsirlər göstərir. Məhz burada erməni cəmiyyətinin sevinməyə, hakimiyyətin isə fəxr etməyə əsası yoxdur. İnflyasiyanın təsirini daha sonra yoxsulluq göstəriciləri dərc olunanda görünəcək. 
Telman