Xəbər lenti

Ermənistana ayda nə qədər pul axır?
Dünya17:15 05.04.2017

Ermənistana ayda nə qədər pul axır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2017-ci ilin fevral ayında Rusiyadan Ermənistana pul köçürmələri ötən ilin fevral ayı ilə müqayisədə 26,5% artaraq 57,2 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Ermənistan Mərkəzi Bankı belə hesabat yayıb.

Hesabatda bildirilir ki, fevral ayı ərzində Rusiyadan Ermənistana pul köçürmələrində 31,4% artım qeydə alınıb.

ABŞ-dan Ermənistana pul köçürmələrinin həcmi 2017-ci ilin fevralında 12 milyon dollar təşkil edib. Bu, 2016-cı ilin fevralı ilə müqayisədə 11,6% azdır. Ancaq fevral ayı ərzində həcm 12,4% artıb.

Fevral ayı ərzində bank sistemi ilə Ermənistandakı fiziki şəxslərə ümumən 101,1 milyon dollar daxil olub. Bunun ötən ilin eyni dövrü ilə müqayisədə 1,58% az olduğu bildirilir.

Qaynar.Az