Dünya 23:22 28.06.2022

Ermənistanda dağ mədənçiləri aclıq aksiyası keçirir

Ermənistanda dağ mədənlərində işləyən işçilərin etirazları davam edir. Xatırladaq ki, bu kimin hallar davamlı inkişaf etdiyi üçün baş nazir Nikol Paşinyanın komisiyanın yaradılmasını və problemlərin yerində araşdırılması ilə bağlı göstərişləri hələ də nəticə verməyib. 

Dünən "Çarat-Qafan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yüzlərlə işçisi maaş ala bilməmələrimə görə etiraz aksiyalarına başlayıblar. Qafan Mədən Emalı Kombinatının, "Çarat Qafan” QSC-nin yüzlərlə işçisi vilayət rəhbərliyinin binası qarşısına toplaşıb. Artıq üçüncü gündür ki, tətil davam edir. Tətilçilərdən 4-ü aclıq aksiyasına başlayıb. 

Məlum olub ki, "Çarat Qafan” QSC-nin sahibləri milliyətcə qazaxdır. 

Telman