Xəbər lenti

Ermənistanda ədliyyə naziri istefa verdi
Dünya15:15 05.10.2022

Ermənistanda ədliyyə naziri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın ədliyyə naziri Karen Andreasyan istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, özü sosial şəbəkələrdə məlumat paylaşıb.
"Bu gün mənim Ermənistanın ədliyyə naziri vəzifəsində son günümdür”, - Andreasyan yazıb.
Qeyd edək ki, parlamentdəki hakim "Vətəndaş müqaviləsi” fraksiyası Karen Andreasyanın Ermənistan Ali Məhkəmə Şurasının üzvlüyünə namizədliyini irəli sürüb. Onun Şuranın sədri olacağı gözlənilir.