Ermənistandakı daxili siyasi təzyiq getdikcə gərginləşir. Ölkə elə bir vəziyyətə gəlib ki, belə davam edərsə, növbəti mərhələdə silahlı qarşıdurmalar qaçılmaz olacaq.
Son məlumatlara görə, mayın 1-də, səhər saat 6.40 radələrində polis əməkdaşları tərəfindən İrəvan-Meğri yolunun 200-cü kilometrliyində "Acura" markalı avtomobildə aparılan yoxlama zamanı "KP-3310” və "SO-7446” markalı odlu silahlar, 45 və 23 ədəd 5,45 mm çaplı odlu silah-sursat aşkar edilib.
İlkin məllumatlara görə, silahların Megridən İrəvana aparılaraq, Paşinyan rejimini devirmək və dövlət çevriliş etmək üçün istifadəsi nəzərədə tutulubmuş. Cinayətdə şübhəli bilinən və həbs olunanlar barədə məlumatlar verilmir. Hazırda istintaq aparılır, odlu silahın və döyüş sursatının mənbəyinin müəyyən edilməsi tədbirləri görülür.
Mayın 1-də Vayots Dzor bölgəsində isə atışma baş verib. Belə ki, saat 19.20 radələrində polis əməkdaşları və mülkü şəxslər arasında atışma nəticəsində iki nəfər mülki şəxs - 57 yaşlı Armen Avakyan və 38 yaşlı Alik Martirosyan ağır yaralanaraq xəstəxanaya yerlşdiriliblər.
Hadisə yerində 4 ədəd 5,45 mm kalibir patron və silah-sursat aşkar edilib. Faktla bağlı Yeqnadzor Polis İdarəsində Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 4-cü bəndi ilə cinayət işi başlanıb. Hadisənin səbəbinin adıçəkilən şəxslərin şəxsi avtomobillərində silah-sursatla İrəvana - müxalifətin aksiyalarına qoşulmaq məqsədi yollanmağa hazırlaşması olduğu bildirilir.
Göründüyü kimi, parlament müxalifətinin İrəvan küçələrində başladığı "Müqavimət” hərəkatı artıq sillahlı toqquşmalara doğru yönəlir. Erməni mənbələrinə görə, ələ keçirilən sillahlıların əsas məqsədi baş nazir Paşinyanı istefaya getməyə məcbur etmək, başqa sözlə desək, hakimiyyət dəyişikliyində dövlətin güc strukturları ilə qarşıdurma zamanı həmin silahlardan istifadə etmək olub.
Parlament müxalifəti öz məqsədinə çatmaq üçün nəinki lazımi ictimai potensialdan, hətta silahlı dəstələrindən də istifadə etməyə hazır olduğunu göstərir. Hakimiyyət dəyişikliyi üçün ictimai resurslarını hərəkətə gətirərək küçələrə çıxan müxalifət itaətsizlik aksiyaları ilə böhranlı vəziyyət yaratmaqla vətəndaş müharibəsinə səbəb ola bilər.
Bu gün parlamentin "Ermənistan” fraksiyasının deputatı İşxan Sağatelyan jurnalistlərə bildirib ki, təhlükəsizlik orqanları xalqa nə qədər də xəbərdarlıq etsə də, çox sayda insan bu gün işə gəlməyərək, tətilə qoşulub. O, yaxın günlərdə itaaətsizlik aksiyalarının kütləvi xarakter alacağını və tələbələrin 80 faizinin yaxını dərsələrdən imtina edib, hakimiyyəti devirməyə dəstək olacaqlarını bildirib.
"Hər şey plan üzrə gedir, artıq xalq ayağa qalxıb, hökümət hamını həbs edə bilməyəcək. Hər şey bitdi, Nikola artıq gedir. O, hələ də yalnız polisə arxalanır", deyə İşxan Saqatelyan bildirib.
Deputat Paşinyanın istefa verəcəyini və parlamentin yeni peşəkar hökumət quracağını bildirib.
Telman