Xəbər lenti

Ermənistanda inflyasiya - ərzaq qiymətləri hər ay bahalaşır
Dünya07:27 09.11.2021

Ermənistanda inflyasiya - ərzaq qiymətləri hər ay bahalaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda bu ilin oktyabr ayında çörəyin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4% artıb. Həmin dövrdə digər zəruri ərzaq məhsulları da bahalaşıb. 
Qaynarinfo xəbər verir ki, Ermənistan Statistika Komitəsi ötən ay ərzində süd, pendir və yumurta bazarlarında 2,6% inflyasiya qeydə alıb. Məsələn, bir ayda yumurtanın qiyməti 4,8% artıb. Pendirin qiyməti isə 2,5% bahalaşıb.
Rəsmi mənbənin məlumatına görə, Ermənistanda bir il ərzində ərzaq məhsulları 16% bahalaşıb. Qida və alkoqolsuz içkilər bazarında inflyasiya oktyabrda sentyabr ayı ilə müqayisədə 1,4% təşkil edib. 
Statistika Komitəsindən verilən məlumata görə, qəhvə, çay, kakao, meyvə, süd məhsulları, pendir, yumurta, balıq, dəniz məhsulları və tərəvəzin qiymətində bahalaşma 1,5-5,2% təşkil edib. Bu ilin oktyabr ayında tərəvəz bazarında inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,3%, sentyabr ayı ilə müqayisədə isə 5,2% təşkil edib. Faktiki olaraq bir ayda Ermənistan respublikasında meyvə-tərəvəzin qiyməti 4 faiz artıb.
Cari ilin ilin oktyabr ayında balıq və dəniz məhsulları bazarında ötən ilin oktyabr ayı ilə müqayisədə 31,9% inflyasiya qeydə alınıb. Bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda balığın qiyməti 3,3% bahalaşıb. Təkcə "İşxan” balığının qiyməti il ərzində 36,5 faiz, sentyabr ayı ilə müqayisədə isə 3,7 faiz bahalaşıb. Ay ərzində dənli bitkilərin qiyməti 1,2%, unun qiyməti isə 1,5% artıb.
Şəkərin də qiyməti qalxıb. Oktyabrda sentyabr ayı ilə müqayisədə 0,8%, il ərzində isə 20,3% artıb.
Telman