Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən müddətli hərbi qulluqçular saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, A.O. və V.V. məzuniyyətləri bitdikdən sonra xidmət etdikləri hərbi hissəyə qayıtmayıblar.
Oktyabrın 1-də başlanan cinayət işi çərçivəsində A.O. və V.V. saxlanılıb. İstintaq davam edir.