Xəbər lenti

Ermənistanda qayınanasına qanunsuz torpaq verən merə cinayət işi açıldı
Dünya07:24 14.03.2024

Ermənistanda qayınanasına qanunsuz torpaq verən merə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Eçmiədzinin (Ermənistan) meri Diana Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vergi bəyannaməsində məlumatların gizlədilməsi və ya yanlış məlumatların təqdim edilməsi ilə bağlı cinayət işi çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən dindirilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Hetq" nəşri yazıb.
Qeyd olunur ki, "Hetq" nəşrinin "Diana Qasparyanın qayınanası Eçmiədzində qanunsuz tikintiyə başlayıb" başlıqlı yazısı əsasında cinayət işi başlanıb.
Daha əvvəl "Hetq" yazıb ki, Diana Qasparyanın ərinin ailəsi Eçmiədzində fərdi ev tikmək üçün biznesə başlayıb. Bu məqsədlər üçün müvafiq icazə gözləmədən torpaq sahəsi alınıb və qazıntı işlərinə başlanılıb.
2022-ci ilin iyun ayında keçirilən növbədənkənar iclasda Vaqarşapat Ağsaqqallar Şurası inkişaf üçün 0,9 hektarlıq bir icma sahəsini hərraca çıxarmaq qərarına gəlib. Hərracın başlanğıc qiymət 51 milyon dram (120 min dollardan çox) müəyyən edilib. Hərracın yeganə iştirakçısı Ağsaqqallar Şurasının üzvü Şahen Şahinyan olub və qalib gəlib. Lakin bundan sonra torpaq sahəsinin sahibi Diana Qasparyanın qayınanası olub.
Aydın