Xəbər lenti

Ermənistanda Sibir xorası yayılır
Dünya16:24 02.07.2021

Ermənistanda Sibir xorası yayılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.
"Report” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin "Facebook” səhifəsindən paylaşılan xəbərdə deyilir:
"Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib”.
Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərzi ərazisində iyunun 30-da üç sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı.